DTA: "Turizm müəssisələrinin sayı 44,4% artıb"

      DTA:    "Turizm müəssisələrinin sayı 44,4% artıb"
  14 İyun 2025    Oxunub:1012
"Azərbaycanda turizmin inkişafına yönəlmiş siyasət nəticəsində bir sıra addımlar atılıb. Bu sahədə institusional və tənzimləyici çərçivənin, strateji planlaşdırmanın formalaşdırılması istiqamətində atılan addımlar fonunda kifayət qədər nəzərəçarpan nəticələr əldə edilib".
Bu sözləri Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova DTA ilə "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay mövsümünün açılışı ilə əlaqədar media nümayəndələrinə məlumat verərkən dilə gətirib. "Şahdağ" Turizm Mərkəzində baş tutan mediaturda o vurğulayıb ki, 2024-cü ilin göstəricilərinə əsasən, turizmin cəmi ÜDM-də payı 5,7 milyard manat, ümumilikdə ölkə iqtisadiyyatında payı is 4,5% təşkil edib:

"2018-2024-cü illər ərzində turizm sahəsində illik orta hesabla 3,8% artım qeydə alınıb. 7 il ərzində turizmin ölkə iqtisadiyyatındakı payı 30% artaraq, 2024-cü ildə 3,1 milyard manata çatıb".

Günay Bayramovanın sözlərinə görə, 2025-ci ilin yanvar-aprel ayları ərzində ÜDM istehsalında 12,8% artım qeydə alınıb:

"2017-2024-cü illər ərzində turizm müəssisələrinin sayı 44,4% (250 ədəd) artıb. Çarpayı sayında isə 62%-ə yaxın artım müşahidə olunur".

O söyləyib ki, turizm sektoru əhalinin rifahına və məşğulluğuna töhfəsi son illər əhəmiyyətli dərəcədə artıb:

"2017-2024-cü illərdə bu sahədə çalışanların sayı illik orta hesabla 7,2% artım göstərərək, ümumilikdə 71 min nəfərə çatıb".

AzVision.az


Teqlər: turizm  



Xəbər lenti