Kiyev kütləvi zərbələrə məruz qalıb

   Kiyev kütləvi zərbələrə məruz qalıb
  17 İyun 2025    Oxunub:1255
Rusiyanın pilotsuz təyyarələri Kiyevə kütləvi şəkildə hücum edir.
AzVision.az yerli hakimiyyət orqanlarının məlumatına istinadən xəbər verir ki, PUA-ların hücumu nəticəsində Kiyevdə 14 nəfər yaralanıb, bir nəfərin vəziyyəti ağırdır, evlər dağılıb, avtomobillər yanıb.

“Düşmən PUA-larının daha bir böyük qrupu şəhərin mərkəzinə doğru hərəkət edir”, - Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib.

Ukrayna ordusunun Hərbi Hava qüvvələrinin (HHQ) Komandanlığı Rusiyanın Tu-95MS strateji bombardmançı təyyarələrinin fəaliyyətini qeydə alıb.

Komandanlığın rəsmi Telegram-kanalında bildirilib ki, Rusiyanın Murmansk vilayətindəki “Olenya” aerodromundan iki təyyarə havaya qalxıb. Hazırda bombardmançı təyyarələr cənub-şərq istiqamətində uçur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kiyev   zərbələr  



Xəbər lenti