Azərbaycanda hakimlərin sayı açıqlanıb

 Azərbaycanda hakimlərin sayı açıqlanıb
  18 İyun 2025    Oxunub:818
Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının hesabatına əsasən, hər 100 min əhaliyə düşən hakim sayı Azərbaycanda orta Avropa göstəricisindən 3 dəfə aşağıdır. Belə ki, ölkəmizdə bu rəqəm hazırda təxminən 6,3-dür, Avropada isə 17,6-dır.
Bunu Məhkəmə-Hüquq Şurasının üzvü, Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov bəyan edib. Çingiz Əsgərovun sözlərinə görə, son 3 ildə 1600-dən çox hakimliyə namizəd seçim prosesində iştirak edib, onlardan 210-u seçilərək yüksək hakim vəzifəsinə təyin olunub:

"Yeni təyin edilmiş hakimlərin əksəriyyəti 35 yaşa qədər olan şəxslərdir. Onların təxminən 50 faizini qadınlar təşkil edir. İntensiv seçim nəticəsində cari ilin sonunda hakimlərimizin sayının 700-ə, növbəti mərhələdə isə 800-ə çatdırılması nəzərdə tutulur. Hazırda isə Azərbaycanda 654 hakim fəaliyyət göstərir".

AzVision.az


Teqlər:



Xəbər lenti