"Bazarstore" qiymət fərqinə görə cəzalandırılıb

"Bazarstore" qiymət fərqinə görə cəzalandırılıb
  18 İyun 2025    Oxunub:451
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Bazarstore” MMC barəsində inzibati xəta protokolu tərtib edib.
Bu barədə AzVision.az -a Agentlikdən məlumat verilib. Şirkətin məhsulu üzərindəki qiymətdən daha yüksək məbləğə satdığı aşkarlanıb və bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə (Malın qiyməti üzrə istehlakçının az miqdarda aldadılması) uyğun olaraq inzibati xəta kimi qiymətləndirilib.

AzVision.az



Teqlər:



Xəbər lenti