Prezident İlham Əliyev sabah Türkiyəyə səfər edəcək

   Prezident İlham Əliyev sabah Türkiyəyə səfər edəcək
  18 İyun 2025    Oxunub:518
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun məlumat verib. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Ziyarət çərçivəsində hər iki ölkənin liderləri Kahramanmaraş şəhərində inşa edilmiş “Azərbaycan məhəlləsi”nin açılış mərasimində iştirak edəcəklər.

Yaşayış kompleksi 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycan tərəfindən həmrəylik nişanəsi olaraq inşa edilib.

Görüş zamanı həmçinin regional proseslər və Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.

Səbinə Həsənova
AzVision.az


Teqlər:



Xəbər lenti