Putin Kiyevə xəbərdarlıq edib | VİDEO

   Putin Kiyevə xəbərdarlıq edib    | VİDEO
  19 İyun 2025    Oxunub:858
Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Peterburq İqtisadi Forumu çərçivəsində dünya mediası ilə keçirdiyi görüşdə Moskvanın 2022-ci ildə İstanbulda razılaşdırılmış şərtlərlə Ukrayna ilə danışıqlara hazır olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Putin Kiyevi dialoqu gecikdirməməyə çağırıb və gecikmənin Ukraynanın vəziyyətini pisləşdirə biləcəyini qeyd edib. Onun sözlərinə görə, danışıqların növbəti raundu iyunun 22-dən sonra mümkündür.

Putin məhz 2022-ci ilin iyununda İstanbulda əsirlərin mübadiləsini nəzərdə tutan ilkin razılaşmaların əldə olunduğunu xatırladıb. Rusiya lideri Moskvanın həmin prinsiplər əsasında danışıqları davam etdirməyə hazır olduğunu vurğulayaraq, “oturub danışıq aparmağı” təklif edib.

“Rusiya qoşunları bütün döyüş təmas xətti boyunca irəliləyərək bütün istiqamətlərdə strateji üstünlüyü saxlayır, Ukrayna ordusunun itkiləri və resurslarının çatışmazlığı isə səfərbərlik səviyyəsini üstələyir”, - Vladimir Putin vurğulayıb.

Ukraynalı həmkarı ilə şəxsi görüşün mümkünlüyündən danışan Putin söhbətin Ukrayna hökumətinin “legitimliyindən ” və "sənədləri kimin imzalayacağından" getdiyini bildirib.

Onun dediyinə görə, tərəflərin qərar vermək səlahiyyəti olmalıdır. Ona görə də danışıqlar masası arxasında konkret kimin tərəfdaş olacağı vacibdir.

- Biz görüşməyə hazırıq və yeri gəlmişkən, Zelenski də daxil olmaqla, hamı ilə görüşməyə hazır olduğumu demişəm. Bəli. Sual bu deyil. Ukrayna dövləti danışıqlar aparmağı kiməsə etibar edirsə, Allah xatirinə, Zelenski olsun. Amma məsələ bu deyil”, - Rusiya prezidenti vurğulayıb.

Vladimir Putin bildirib ki, vəzifə təkcə indi münaqişəyə son qoymaq yox, oxşar vəziyyətlərin təkrarlanmasının qarşısını alacaq perspektivli həll yolunu tapmaqdır.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Putin   Ukrayna   xəbərdarlıq  



Xəbər lenti