Çin ilə "Kəmər və Yol" üzrə Əməkdaşlıq Planı təsdiqlənib

   Çin ilə "Kəmər və Yol" üzrə Əməkdaşlıq Planı təsdiqlənib
  20 İyun 2025    Oxunub:1442
"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında "Kəmər və Yol" Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı" təsdiqlənib.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Əməkdaşlıq Planı qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Əməkdaşlıq Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Əməkdaşlıq Planı 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb.

AzVision.az


Teqlər: Fərman  



Xəbər lenti