Daha bir itkin şəhidin qalıqları torpağa tapşırılıb

Daha bir itkin şəhidin qalıqları torpağa tapşırılıb
  20 İyun 2025    Oxunub:1098
Birinci Qarabağ müharibəsində itkin düşmüş Ələsgərov Fuad Cəfər oğlu Ələsgərovun nəşinin qalıqları bu gün Tovuz rayonunda ailəsinə təhvil verilib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, rayonun Ağbaşlar kəndində şəhidlə vida mərasimi keçirilib. Vida mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, şəhidin ailə üzvləri, yaxınları, rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra şəhidin qalıqları Ağbaşlar kənd qəbiristanlığında torpağa tapşırılıb. Hərbi orkestr Dövlət Himnini ifa edib, yaylım atəşi açılıb.

Ələsgərov Fuad Cəfər oğlu 1974-cü ildə Tovuz rayon Ağbaşlar kəndində anadan olub. 1993-ci ildə Füzuli rayonu ərazisində itkin düşüb.

AzVision.az


Teqlər: itkin-şəhid  



Xəbər lenti