İctimai müəssisələrdə yeni qida normaları müəyyənləşəcək

İctimai müəssisələrdə yeni qida normaları müəyyənləşəcək
  21 İyun 2025    Oxunub:1176
Tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsası yaradılır.
AzVision.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yaşayış minimumu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, xəstəxanalar, təhsil və sosial müəssisələrdə yeni qida normaları müəyyənləşəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

AzVision.az


Teqlər: MM  



Xəbər lenti