İyunun 24-ü axşamadək qeyri-sabit hava şəraiti olacaq

İyunun 24-ü axşamadək qeyri-sabit hava şəraiti olacaq
  22 İyun 2025    Oxunub:1419
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
AzVision.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, düşən yağıntının miqdarı Zaqatalada 26, Balakəndə 10, Tovuzda 9, Gədəbəydə 4, Qax (Sarıbaş), Şəki, Şahdağ, Daşkəsən, Mingəçevir, Şəmkir, Xınalıq, Oğuz, Qusar, Qrız, Şabran, Gəncə, Şahbuz, Naxçıvanda 3 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 20 m/s-dək güclənir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti qeydə alınır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 24-ü axşamadək davam edəcəyti bildirilir.

AzVision.az


Teqlər: hava   qeyri-sabit  



Xəbər lenti