
Sərəncama əsasən təltif olunanlar sırasında Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev də var. Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov əlamətdar hadisə münasibətilə əməkdaşlara təbriklərini çatdırıb, onlara bu məsuliyyətli və qürurlu yolda uğurlar arzulayıb.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan "ASAN xidmət" mərkəzlərində inzibati vəzifələr üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən 58 dövlət qulluqçusu and içib.




AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


