Dövlət Agentliyinin sədri “MESOB” dövlət xidmətləri mərkəzinin fəaliyyətinin vətəndaşların yüksək etimadını qazanacağına əminliyini ifadə edib və növbəti mərkəzlərin yaradılması zamanı Efiopiya tərəfinə dəstəyin göstərilməsinə hazır olduğunu qeyd edib.
Səfər çərçivəsində Dövlət Agentliyinin sədri ilə Afrika İttifaqı Komissiyası sədrinin müavini Selma Haddadi arasında da görüş keçirilib. Qarşı tərəfə “ASAN xidmət”, eləcə də dövlət xidmətlərinin göstərilməsi istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilən müxtəlif innovativ layihələr barədə təqdimat edilib.
Afrika İttifaqı Komissiyasının nümayəndəsi öz növbəsində “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını bildirib. O, bu təcrübənin İttifaqa üzv dövlətlərlə paylaşılması istiqamətində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.
Dövlət Agentliyinin sədri Efiopiyanın Süni İntellekt İnstitutunun rəhbəri, həmçinin İnvestiya Komissiyasının rəhbəri ilə də görüşüb. Görüşlər çərçivəsində dövlət xidmətləri sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


