Tramp: “Atəşkəsi pozmayın”

      Tramp:    “Atəşkəsi pozmayın”
  24 İyun 2025    Oxunub:1495
ABŞ prezidenti Donald Tramp İsrail-İran münaqişəsinin tərəflərindən iyunun 24-ü saat 04:00-da razılaşdırılmış atəşkəsi pozmamağı xahiş edib.
AzVision.az xəbər verir ki, Donald Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Atəşkəs rejimi qüvvəyə minib. Xahiş edirəm, onu pozmayın! Donald Tramp, Amerika Birləşmiş Ştatlarının Prezidenti!” – Amerika lideri yazıb.

Bundan əvvəl isə, Tramp atəşkəs münasibətilə hamını təbrik etmişdi:
“Hamını təbrik edirəm! İsrail və İran arasında tam və ümumi şəkildə razılaşdırılıb ki, təxminən 6 saat sonra, hər iki tərəf hazırda davam edən son missiyalarını başa çatdırıb tam və qəti atəşkəs elan etsin. Bu atəşkəs 12 saat davam edəcək, və bu müddətin sonunda müharibə rəsmi olaraq bitmiş hesab olunacaq! Rəsmi olaraq İran atəşkəsə başlayacaq və 12-ci saat içində İsrail də qoşulacaq. 24-cü saat tamam olanda isə, 12 günlük müharibənin rəsmi sonunu bütün dünya alqışlayacaq.
Vaşinqton Tehranla danışıqlara qayıtmağa hazırdır | VİDEO
Atəşkəs ərzində hər iki tərəf sülh və sayğı ilə davranmalıdır.
Hər şey planlaşdırıldığı kimi gedərsə, (bu belə də olacaq), mən hər iki ölkəni - İsraili və İranı - bu müharibəni bitirməkdə göstərdikləri dözümlülük, cəsarət və ağıllı qərara görə təbrik etmək istəyirəm. Bu, illər boyu davam edəcək və bütün Yaxın Şərqi məhv edə biləcək bir müharibə ola bilərdi, amma olmadı və heç vaxt olmayacaq!

Allah İsraili qorusun!
Allah İranı qorusun!
Allah Yaxın Şərqi qorusun!
Allah Amerika Birləşmiş Ştatlarını qorusun!
ALLAH DÜNYANI QORUSUN!”

Xatırladaq ki, bundan əvvəl Amerikanın "Axios" portalı mənbələrə istinadən ABŞ-nin Tehrana İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazır olduğunu bildirdiyini yazmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   atəşkəs   çağırış  



Xəbər lenti