Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

   Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib
  26 İyun 2025    Oxunub:1460
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkələrdə paylaşım edib.
AzVision.az xəbər verir ki, qardaş ölkənin müdafiə qurumunun paylaşımında Türkiyə ilə Azərbaycanın sarsılmaz birliyi vurğulanıb.

“Qardaş ölkənin təhlükəsizliyi və əmin-amanlığı naminə fasiləsiz xidmət aparan qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. “Bir millət, iki dövlət” kəlamı fonunda Türkiyə və Azərbaycan bir ürək, bir yumruq olaraq qalacaq”, – deyə paylaşımda qeyd olunub.

AzVision.az



Teqlər: SilahlıQüvvələrgünü   Türkiyə   təbrik  



Xəbər lenti