Mədəniyyət Nazirliyi: “Partlayış istifadəsiz anbarda baş verib”

      Mədəniyyət Nazirliyi:    “Partlayış istifadəsiz anbarda baş verib”
  27 İyun 2025    Oxunub:1467
İyunun 26-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə edilməyən anbarda partlayış olub.
AzVision.az Mədəniyyət Nazirliyinin operativ məlumatına istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb edilib.

Milli Kibertəhlükəsizlik Agentliyinin NİZAMNAMƏSİ
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülüb, əraziyə texniki ekspertlər cəlb olunub.

Əlavə məlumatlar rəsmi mənbələrdən daxil olduqca ictimaiyyətə çatdırılacaq.
Xatırladaq ki, dünən gecə saatlarında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

AzVision.az



Teqlər: MN   yanğın  



Xəbər lenti