Yevlaxda 20 kiloqram narkotik vasitə aşkarlanıb

Yevlaxda 20 kiloqram narkotik vasitə aşkarlanıb
  27 İyun 2025    Oxunub:1362
Yevlaxda əməliyyatlar keçirən polis əməkdaşları 20 kiloqram müxtəlif növ narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına istinadən xəbər veriri ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar qətiyyətlə davam etdirilir.

Son ay ərzində keçirilən tədbirlər nəticəsində şübhəli şəxs qismində 16 nəfər saxlanılıb. Onlardan 20 kiloqrama yaxın heroin, metamfetamin, tiryək və marixuana kimi narkotik vasitələr aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərin barəsində cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Yevlax   narkotik  



Xəbər lenti