Orta Dəhlizlə yükdaşımaların həcmi 62 faiz artıb

Orta Dəhlizlə yükdaşımaların həcmi 62 faiz artıb
  27 İyun 2025    Oxunub:1743
2024-cü ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə yükdaşımaların həcmi əvvəlki illə müqayisədə 62% artaraq 4,5 milyon tona çatıb.
AzVision.az Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tranzit axını xüsusilə nəzərəçarpacaq artım nümayiş etdirib: ümumi tranzit həcmi 4 dəfə, Çindən tranzit isə 28 dəfə artıb.

Bundan əlavə, nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində 2024-cü ildə Almatı, Qızılorda və Şımkənd hava limanlarında üç yeni terminalın istifadəyə verildiyi bildirilir.

Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Çin ilə Avropa ölkələrini birləşdirir.

AzVision.az


Teqlər: OrtaDəhliz   daşınmalar  



Xəbər lenti