Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
  28 İyun 2025    Oxunub:1235
İyunun 27-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti