İohan Vadeful: Rusiya Almaniyada da həyatımızı təhdid edir

İohan Vadeful: Rusiya Almaniyada da həyatımızı təhdid edir
  29 İyun 2025    Oxunub:1319
“Spiegel” qəzeti yazır ki, bunu Almaniyanın xarici işlər naziri İohan Vadeful yerli mediaya açıqlamasında deyib.

O, Rusiyanın Almaniya üçün yaratdığı təhlükə barədə xəbərdarlıq edib. Bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibə Avropada təhlükəsizlik üçün ən böyük təhdid olaraq qalır və bu Almaniyanın xarici siyasətinin əsas mövzusudur.

İ.Vadeful NATO-nun Haaqa Sammitində qəbul edilən və müdafiə xərclərinin ÜDM-in beş faizinə qədər artırılması barədə razılaşmanın doğru və zəruri olduğunu vurğulayıb: “Rusiya Prezidenti Vladimir Putin seçmə - təyinatsız bomba terroru ilə ukraynalıların mənəviyyatını sarsıtmağa çalışır. Ukraynanın azadlığı avropalılar olaraq iradəmizin ən mühüm sınağıdır”.

AzVision.az



Teqlər:



Xəbər lenti