“ASAN xidmət”in 108 Çağrı Mərkəzinə 10 milyonuncu müraciət qeydə alınıb
Gün ərzində orta hesabla 5000-dən çox olmaqla, bu günə qədər ümumilikdə 10.000 000 müraciət qəbul olunub.
Hazırda 108 Çağrı Mərkəzi vasitəsilə müraciətlərin qəbulu həftənin bazar ertəsi- cümə günləri saat 09:00-dan 18:00-dək canlı rejimdə, qeyri-iş saatlarında, bayram və istirahət günlərində isə avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə həyata keçirilir.
Azərbaycanın istənilən regionundan stasionar telefon vasitəsilə “108” nömrəsini yığaraq bu xidmətlərdən ödənişsiz istifadə oluna bilər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


