HƏMAS: "Danışıqlar nəzərdə tutulmur"

      HƏMAS:    "Danışıqlar nəzərdə tutulmur"
  01 İyul 2025    Oxunub:1405
"Qəzza zolağına İsraillə atəşkəs və əsir mübadiləsi üzrə sazişlə əlaqədar vasitəçi tərəflərlə görüşə etirazımız yoxdur, amma hazırda belə bir görüş planlaşdırılmır".
Bu sözləri Fələstinin iranyönümlü HƏMAS qruplaşmasının ali nümayəndəsi Tahir Nunu Misirin "Al-Shorouk" qəzetinə müsahibəsində dilə gətirib. O vurğulayıb ki, görüş gözlənilməsə də, vasitəçi ölkələrlə (ABŞ, Qətər və Misir) əlaqə pozulmayıb.

"HƏMAS Qəzzada İsraillə müharibənin dayandırılmasını da nəzərdə tutan sazişi imzalamağa hazırdır, qruplaşmanın silahsızlaşdırılmasından, rəhbər şəxslərin Qəzzadan mümkün uzaqlaşdırılmalarından söhbət gedə bilməz", - Nunu söyləyib.
Times of Israel: "ABŞ sülh istəyir"

Ötən günlərdə İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin İran ərazisindəki nüvə obyektlərini bombalayıb sıradan çıxarmasının ardınca Qəzza zolağında İsrail-HƏMAS müharibəsinin həllinə maraq artıb. ABŞ Prezidenti Donald Tramp son günlər İsraili danışıqlar masasına oturmağa çağırsa da, Baş nazir Benyamin Netanyahu belə bir addım atmaq istəmir, əksinə, Vaşinqtonu bu tələbindən döndərmək naminə Ron Dermeri oraya danışıqlara göndərir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   İsrail   müharibə   danışıqlar   ABŞ  



Xəbər lenti