Laçın yaylaqlarında əhaliyə səyyar tibbi xidmət göstərilib

Laçın yaylaqlarında əhaliyə səyyar tibbi xidmət göstərilib
  02 İyul 2025    Oxunub:2082
Laçın Rayon Mərkəzi Xəstəxanasının həkim-mütəxəssisləri tərəfindən mövsümi olaraq Laçın rayonunun Ağbulaq, Şeylanlı, Qarakeçdi kəndlərinə və yaylaqlara mövsümi köçən fermerlərin səyyar tibbi müayinəsi təşkil edilib.

Terapevt, endokrinoloq, pediatr, dermatoloq, infeksionist, ultrasəs müayinə, laborant ixtisasları üzrə həkimlərdən ibarət briqada tərəfindən aparılan müayinələrə 16-sı uşaq, 58-i isə 18 yaşdan yuxarı olmaqla, ümumilikdə, 74 nəfər cəlb olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti