Şavkat Mirziyoyev Azərbaycana gəlib | YENİLƏNİB

   Şavkat Mirziyoyev Azərbaycana gəlib |  YENİLƏNİB
  02 İyul 2025    Oxunub:954
İyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub.
AzVision.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verib.

Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçib. Sonra rəsmi foto çəkdirilib.

* * *

11:46
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycana dövlət səfərinə gəlib.
AzVision.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıb.

* * *

10:27
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Şavkat Mirziyoyev Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcək.

AzVision.az


Teqlər: Özbəkistan   prezident   Azərbaycan   səfər  



Xəbər lenti