DİN rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib | FOTOLAR

DİN rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib |    FOTOLAR
  02 İyul 2025    Oxunub:662
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az -a verilən məlumata görə, Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar.

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il mayın 24-də imzaladığı Fərmana əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün, 2 iyul - Azərbaycan Polisi Günü elan edilib.



AzVision.az


Teqlər: DİN   Ulu-Öndər   ziyarət  



Xəbər lenti