MMU-da NATO proqramı çərçivəsində treninqlər keçirilib | FOTOLAR

MMU-da NATO proqramı çərçivəsində treninqlər keçirilib |    FOTOLAR
  03 İyul 2025    Oxunub:754
NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" (DEEP) çərçivəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində (MMU) treninqlər təşkil olunub.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, alyansın nümayəndə heyəti ilə keçirilən görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. NATO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan görüşlərin hər iki tərəf üçün səmərəli olduğu bildirilib.

Daha sonra hərbi təhsil üzrə mütəxəssislərimizin iştirakı ilə "Təhsildə keyfiyyətə nəzarət mexanizminin yaradılması və icra olunması" mövzusunda treninqlər keçirilib.


AzVision.az


Teqlər: MN   NATO  



Xəbər lenti