Şavkat Mirziyoyev Füzuliyə səfərə gedib

Şavkat Mirziyoyev Füzuliyə səfərə gedib
  03 İyul 2025    Oxunub:1055
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Füzuli rayonuna gəlib.
AzVision.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

AzVision.az


Teqlər: İƏT  



Xəbər lenti