Məhbus erməni keşişlər aclıq elan ediblər | VİDEO

Məhbus erməni keşişlər aclıq elan ediblər    | VİDEO
  05 İyul 2025    Oxunub:1106
Erməni Apostol Kilsəsinin (AEK) həbsdə olan arxiyepiskopları Baqrat Qalstanyan və Mikael Acapaxyan aclıq aksiyasına başlayıblar.
AzVision.az xəbər verir ki, Mikael Acapaxyanın vəkillərinə istinad edən erməni mediası belə məlumat yayıb.

“Bizə qarşı konstitusiyaya zidd prosesi pisləyərək, 5 iyul Konstitusiya Günü ilə əlaqədar bir günlük aclıq aksiyası elan edirik”, - məlumatda deyilir.

Paşinyan yeni katolikos seçilməsini tələb edib | VİDEO
Xatırladaq ki, Ermənistanda “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan iyunun 26-da həbs olunub. İstintaq din xadiminin və onun tərəfdaşlarının hakimiyyəti ələ keçirmək məqsədi ilə ölkədə terror aktları təşkil etməyi planlaşdırırdıqlarını bildirib.

Bundan bir gün sonra saxlanılan Acapaxyana qarşı açılan cinayət işində onun hakimiyyətin ələ keçirilməsinə, ərazi bütövlüyünün pozulmasına, suverenlikdən imtinaya və konstitusiya quruluşunun zorakılıqla devrilməsinə açıq çağırışlarda ittiham ehtiva edilir.

Bütün bu hadisələr fonunda Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosunun, Erməni Apostol Kilsəsinin (EAK) rəhbərinin növbədənkənar seçkilərinin keçirilməsinə çağırıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   keşişlər   aclıq  



Xəbər lenti