Aşura günü 2 mindən artıq şəxs könüllü qan verib | YENİLƏNİB

Aşura günü 2 mindən artıq şəxs könüllü qan verib |  YENİLƏNİB
  05 İyul 2025    Oxunub:1253
Aşura günü ümumilikdə 2 696 nəfər könüllü qan verib.
AzVision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu şəxslərdən ümumilikdə 1213,2 litr qan tədarük olunub.

* * *

12:47
Aşura günü münasibətilə keçirilən könüllü qanvermə aksiyasında saat 12:00-a olan məlumata görə, 1424 nəfər iştirak edib.
AzVision.az xəbər verir ki, Səhiyyə Nazirliyinin yaydığı məlumatda həmin şəxslərdən ümumilikdə 640.8 litr qan götürüldüyü bildirilir.

Aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə həyata keçirilir.

Builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil olunub.

Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir. Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir.

AzVision.az


Teqlər: Aşura   qanvermə  



Xəbər lenti