Qazaxıstan hərbçiləri ölkəmizə səfərə gəliblər

Qazaxıstan hərbçiləri ölkəmizə səfərə gəliblər
  05 İyul 2025    Oxunub:1290
Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstan Respublikasından cəlb olunan heyət ölkəmizə gəlib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, HHQ-nin "N" hərbi hissəsində hərbi qulluqçuların qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, iyulun 8-dən 10-dək keçirilməsi planlaşdırılan ikitərəfli təlimin məqsədi hərbi qulluqçuların Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsidir.

AzVision.az


Teqlər: MN  



Xəbər lenti