“İstəklilər koalisiyası” dağıla bilər | VİDEO

   “İstəklilər koalisiyası” dağıla bilər     | VİDEO
  07 İyul 2025    Oxunub:1487
Fransa prezidenti Emmanuel Makronla Böyük Britaniyanın baş naziri Kir Starmer arasındakı münaqişə Ukraynaya dəstək verən “istəklilər koalisiyasını” dağıtmaqla hədələyir.
AzVision.az xəbər verir ki, iki fransalı məmura istinad edən “Politico” nəzşrinin yazdığına görə, “istəklilər koalisiyası”nın dəqiq istiqaməti yoxdur və bu, Londonun ABŞ-nin hələ də reallaşdırmadığı təhlükəsizlik zəmanətlərinə həddən artıq önəm verməsi ilə bağlıdır.

“Makron-Starmer münasibətlərindəki “çatların” əsas səbəbi ABŞ-yə yanaşmadır. Hər iki ölkənin rəsmiləri qarşı tərəfin ABŞ prezidentinə necə davranmaq qərarına gəlməsindən getdikcə daha çox qıcıqlanırlar”, - qəzet vurğulayır.

London, öz növbəsində, Makronu prezidentlik müddəti bitən kimi yalnız “mirası haqqında” düşünməkdə ittiham edir. İran ətrafında aparılan danışıqlarla tanış olan həmsöhbətlərdən biri Fransa prezidentinin özünü “sülhməramlı” kimi təqdim etməyə çalışdığını deyib.

Bundan əvvəl bildirilib ki, Ukraynada münaqişə bitdikdən sonra “istəklilər koalisiyasının” qüvvələrinin qorunması üçün ABŞ öz hava hücumundan müdafiə (HHM) sistemlərini vermək niyyətində deyil.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   Starmer   ixtilaf  



Xəbər lenti