Azərbaycan və Çin cinayət işləri üzrə hüquqi əməkdaşlığa başlayır

   Azərbaycan və Çin cinayət işləri üzrə hüquqi əməkdaşlığa başlayır
  07 İyul 2025    Oxunub:1611
"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə" təsdiqlənib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə müvafiq Qanunu imzalayıb.

Xatırladaq ki, sözügedən müqavilə 2025-ci il aprelin 23-də Pekin şəhərində bağlanmışdı.

AzVision.az


Teqlər: Prezident   qanun  



Xəbər lenti