Ukrayna ABŞ-dəki səfirini dəyişəcək | VİDEO

Ukrayna ABŞ-dəki səfirini dəyişəcək    | VİDEO
  07 İyul 2025    Oxunub:1320
Ukrayna prezidenti Volodimir Zelenski iyulun 4-də ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Vaşinqtondakı hazırkı səfir Oksana Markarovanın dəyişdirilməsi məsələsini müzakirə edib.
AzVision.az xəbər verir ki, adı çəkilməyən mənbəyə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, Bu barədə Bloomberg mənbələrə istinadən bu vəzifəyə potensial namizədlər siyahısında Ukraynanın baş naziri Denis Şmıqal, onun müavini Olqa Stefanişina, Müdafiə naziri Rustem Umerov və Energetika naziri German Qaluşenko var.

“Zelenski Ukrayna Xarici İşlər nazirliyinə səfir təyinatı məsələsini Amerika tərəfi ilə müzakirə etməyi tapşırıb”, - agentlik vurğulayır.

Bundan əvvəl Ali Radanın “Avropa Həmrəyliyi Partiyası” fraksiyasının deputatı Sofiya Fedina canlı efirdə Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq ümidi ilə Oksana Markarovanın yerinə ABŞ-yə yeni səfir təyin etməyə çağırıb.

Onun sözlərinə görə, ABŞ administrasiyası dəyişəndə adətən səfiri dəyişirlər ki, o, yeni hökumət üçün məqbul olsun. Amma bu dəfə Ukrayna bunu etməyib və buna görə də vəziyyəti düzəltməyin vaxtı çatıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   səfir  



Xəbər lenti