Xankəndi Dövlət Dram Teatrının bərpasına başlanılacaq

   Xankəndi Dövlət Dram Teatrının bərpasına başlanılacaq
  07 İyul 2025    Oxunub:1602
Xankəndi şəhərində yerləşən Dövlət Dram Teatrının binasının bərpa işlərinə başlanılacaq.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilir ki, bərpa işlərinə 2025-ci il ərzində başlanılması planlaşdırılır.

Qeyd edək ki, Xankəndi Dövlət Dram Teatrının binası 1932-ci ildə inşa edilərək istifadəyə verilib. 1949-cu ildə binanın konstruksiyasına müəyyən əlavələr edilib. Bina sovet dövrü memarlığının əsas xüsusiyyətlərini özündə əks etdirir.

Teatr binası XX əsrin memarlıq abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli qərarı ilə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti