“Bu dövrdəki bütün mübahisələrdən başqa, ən vacib məqam da üzə çıxdı: Ktriç Nersisyan (II Qaregin), Vazgen Qalstyan, Gevorq Acapaxyan və başqaları arasında İsa Məsih və onun təlimləri ilə tamamilə heç bir əlaqənin və ya təmasın olmaması”, - Ermənistanın baş naziri “X” sosial şəbəkəsində yazıb.
|
| Ermənistanda həbslər davam edir |
Xatırladaq ki, mayın sonundan bəri II Qareginə və EAK arxiyepiskoplarına qarşı sərt bəyanatlar səsləndirən Paşinyan, katolikosların subaylıq andının pozulması ilə bağlı xəbərlərə görə taxtdan getməsini tələb edir. Ötən gün baş nazir bütün ermənilərin katolikosuna növbədənkənar seçkilərin keçirilməsinin zəruri olduğunu bəyan edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


