Xocalı və Ağdərəyə qayıdacaq keçmiş məcburi köçkünlərin sayı açıqlanıb
Onun sözlərinə görə, 2025-ci ilin köç planına əsasən, Xocalı rayonunun 8 kəndinə (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad və Şuşakənd) və Ağdərə rayonunun 8 kəndinə (Həsənriz, Vəngli , Kolatağ, Çıldıran, Heyvalı, Dəmirli, Çapar və Aşağı Oratağ) əhalinin köçü ilə bağlı təmir-bərpa işləri başa çatdıqdan sonra hər iki rayonun kəndlərinə mərhələli şəkildə keçmiş məcburi köçkünlərin köçürülməsi prosesi həyata keçiriləcək.
Təxminən 6 minə yaxın məcburi köçkün könüllülük prinsipləri əsasında öz doğma ata-baba yurdlarına köçürüləcək.
Hazırda növbəti illər üçün bu və digər yaşayış məntəqələri üzrə köç planının tərtib edilməsi və bununla bağlı digər müvafiq işlər aparılır.
Səbuhi Qəhrəmanov onu da xatırladıb ki, Xocalı şəhəri və Ballıca kəndinə, Ağdərə rayonunun Suqovuşan, Həsənriz, Talış kəndlərinə keçmiş məcburi köçkünlərin bir qisminin qayıdışı artıq təmin edilib.
AzVision.az
Teqlər: Qarabağ







Vaxtında, Aydın, Lazımlı!


