Baş Prokuror Zaqatalada vətəndaşlarla görüşəcək

Baş Prokuror Zaqatalada vətəndaşlarla görüşəcək
  10 İyul 2025    Oxunub:1578
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev cari il iyulun 18-də, saat 10:00-da Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala, Şəki, Qax və Balakən rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluqdan AzVision.az -a məlumat verilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

AzVision.az


Teqlər: Baş-Prokurorluq  



Xəbər lenti