Sertifikasiyadan keçməyən həkimlərin iş yeri və maaşı saxlanılacaq

   Sertifikasiyadan keçməyən həkimlərin iş yeri və maaşı saxlanılacaq
  11 İyul 2025    Oxunub:1512
Sertifikasiya imtahanından keçməyən tibb mütəxəssisləri təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılacaq.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Əmək Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər.

Belə ki, davamlı peşəkar inkişafın illik və 5 illik minimum kreditlərini toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidir.

AzVision.az


Teqlər: Prezident   qərar  



Xəbər lenti