İran vətəndaşına işləyən narkokuryer saxlanılıb | VİDEO

İran vətəndaşına işləyən narkokuryer saxlanılıb |    VİDEO
  11 İyul 2025    Oxunub:902
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin növbəti əməliyyatı zamanı Bakıda 10 kq narkotik dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat xidmətindən AzVision.az -a məlumat verilib ki, Sabunçu rayonunda keçirilən növbəti əməliyyat zamanı 1986-cı il təvəllüdlü Emin Səmədov tutulub. Ondan 10 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

E Səmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Sabunçu rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti