Kamran Əliyev vətəndaşlarla görüşüb

Kamran Əliyev vətəndaşlarla görüşüb
  11 İyul 2025    Oxunub:1287
Bu gün Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nərimanov rayon prokurorluğunun inzibati binasında Nərimanov rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Baş Prokurorluqdan AzVision.az -a verilən məlumata görə, qəbulda iştirak edən 52 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

AzVision.az


Teqlər: Baş-Prokurorluq  



Xəbər lenti