Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
  12 İyul 2025    Oxunub:1280
Polis əməkdaşları iyulun 11-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılmasını təmin ediblər.
AzVision.az DİN-in mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

AzVision.az



Teqlər: DİN   saxlanmalar  



Xəbər lenti