NATO Ukrayna üçün nə qədər silah ala bilər? | VİDEO

   NATO Ukrayna üçün nə qədər silah ala bilər?     | VİDEO
  12 İyul 2025    Oxunub:789
Şimali Atlantika Alyansı ABŞ prezidenti Donald Trampın təklif etdiyi kimi Ukraynaya silah ala və onu təchiz edə bilməyəcək.
AzVision.az xəbər verir ki, fransalı general Fransua Şovansi “Le Figaro” nəşrinə müsahibəsində belə deyib.

“NATO-nun bunun üçün maliyyə vəsaiti yoxdur. Blokun onsuz da Ukrayna üçün nəzərdə tutulan silahları tədarük etmək imkanı yoxdur. Alyans belə bir addım atsa, mərmi və silah anbarlarını boşaldacaq”, - general iddia edib.

Onun sözlərinə görə, NATO-nun silah tədarükünü təsdiqləmək üçün kifayət qədər mürəkkəb proseduru var. Buraya çoxsaylı bürokratik dolanbaclar daxildir ki, bu da münaqişə zonasına texnika və sursatların göndərilməsini əhəmiyyətli dərəcədə ləngidə bilər.

FT: “Tramp Zelenskini maneə sayır” | VİDEO
Bu baxımdan, Fransua Şovansi ABŞ prezidenti Donald Trampın Şimali Atlantika Alyansının Ukrayna üçün silah alınmasında rolu ilə bağlı iddiasını qeyri-müəyyən bəyanat adlandırıb.

Qeyd edək ki, iyulun 11-də Ağ Evin rəhbəri ABŞ-nin NATO üzrə müttəfiqlərinin Amerika istehsalı olan silahları Ukraynaya tədarük etmək üçün alacaqlarını açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton və tərəfdaşları 2025-ci ilin iyununda keçirilən alyans sammiti zamanı müvafiq razılaşmalar əldə ediblər.

Maraqlıdır ki, mənbələrə istinad edən “Financial Times (FT)” nəşrinin yazdığına görə, Kiyevin Qərbdəki müttəfiqlərinin fikrincə, ABŞ lideri Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini sülhə əsas maneə kimi görür.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   NATO   Ukrayna   silah  



Xəbər lenti