Tramp Ukraynaya "Patriot"lar göndərəcək | VİDEO

Tramp Ukraynaya "Patriot"lar göndərəcək  | VİDEO
  14 İyul 2025    Oxunub:1083
"Patriot" yer-hava raketləri Ukraynanın müdafiəsi naminə zəruridir, çünki Rusiya Prezidenti Vladimir Putin gözəl danışsa da, hamını bombalayır".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp "Endryus" Hərbi Bazasında jurnalistlərə açıqlama verərkən dilə gətirib. O, Kiyevə göndərməyi planlaşdırdığı "Patriot" raketlərinin sayını vurğulamasa da, "xərcin Avropa İttifaqı tərəfindən ödəniləcəyini" diqqətə çatdırıb.



Vaşinqtonla Moskva arasında Ukrayna üzrə sülh danışıqlarının iflasa uğraması, Trampın Putinə qarşı "etimadını itirməsi" fonunda Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın raket və dron hücumlarının qarşısını almaq üçün ABŞ-dən daha çox müdafiə imkanları istəyib. Donald Trampın "Patriot"ları Kiyevə göndərmək qərarı məhz bu istəyə cavabdır.

ABŞ lideri öz açıqlamasında həmçinin bildirib ki, bu həftə Ukrayna ilə əlaqədar və digər məsələlər ətrafında müzakirələr aparmaq məqsədilə NATO-nun baş katibi Mark Rutte ilə görüşməyi planlaşdırır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   Patriot  



Xəbər lenti