Qrem: “Tramp Putinə çox qəzəblənib” | VİDEO

Qrem: “Tramp Putinə çox qəzəblənib”  | VİDEO
  14 İyul 2025    Oxunub:714
ABŞ lideri Donald Tramp Rusiya prezidenti Vladimir Putinə qəzəblidir, ona görə də Moskvaya qarşı “çox aqressiv bəyanat” gözləməliyik.
AzVision.az Amerikanın “Axios” portalına istinadən xəbər verir ki, ifrat anti-Rusiya mövqeyi tutan amerikalı senator Lindsi Qrem belə deyib.

“Tramp həqiqətən də Putinə qəzəblidir. Ona görə də, ABŞ prezidentinin Rusiya ilə bağlı vəd etdiyi çıxışı çox aqressiv olacaq”, – siyasətçi vurğulayıb.

Tramp vacib bəyanat barədə anons verib | VİDEO
Xatırladaq ki, bir neçə gün əvvəl jurnalistlərlə söhbətində Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı mühüm bəyanatla çıxış etmək niyyətində olduğunu bildirib.

Amerika lideri bununla bağlı təfərrüatları açıqlamaqdan imtina etsə də, Moskvanın hərəkətlərindən məyus olduğunu deyib. ABŞ prezidenti, eyni zamanda, Rusiyaya “kiçik sürpriz” vəd edib.



Sahil İsgəndərov
AzVision.az

Tramp Ukraynaya "Patriot"lar göndərəcək | VİDEO



Teqlər:   Tramp   Putin   qəzəb  



Xəbər lenti