Tramp nyə Kiyevə yardım edir? | VİDEO

   Tramp nyə Kiyevə yardım edir?     | VİDEO
  15 İyul 2025    Oxunub:707
ABŞ prezidenti Donald Tramp Avropa pulları müqabilində Ukrayna üçün silah istehsal etməkdə Amerika iqtisadiyyatını dəstəkləmək fürsətini görüb.
AzVision.az xəbər verir ki, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Mettyu Uitaker “Fox News” telekanalına müsahibəsində belə deyib.

Onun fikrincə, Ağ Evin rəhbərinin sövdələmə ustası olduğu açıq-aşkardır. Anlaşılması lazım olan ilk məqam budur ki, ABŞ-nin Ukraynanı qorumaq üçün məhdudiyyətsiz şəkildə öz vergi ödəyicilərinin pularını göndərdiyi günlər geridə qalıb.

“Mən düşünürəm ki, Donald Tramp silah sistemlərinin istehsalı çərçivəsində yalnız Amerikanın mərkəzində iş yerləri yaratmaqla kifayətlənməyib. Mən bu istehsal müəssisələrinin bəzilərini, məsələn, Ohayo ştatının Lima şəhərində kimi tank istehsal edən zavodu görmüşəm. Məncə, orada ABŞ iqtisadiyyatına kömək etmək üçün real imkan var”, - Uitaker vurğulayıb.

Tramp Putinə 50 gün möhlət verib | VİDEO
Amerikalı məmur həmçinin NATO-nun baş katibi Mark Rüttenin “bu razılaşmanın çox vacib hissəsi” olduğunu və onunla gündəlik işləməkdən “ləzzət aldığını” bildirib.

Donald Trampın Aİ və NATO ölkələrinin hesabına Ukrayna üçün silah tədarükü siyasətini çox düzgün qərar kimi qiymətləndirən Mettyu Uitaker bu addımın həm də Moskvaya ciddi mesaj olduğunu iddia edib.

- Biz bu silahların Ukraynaya çatdırılmasına üstünlük verəcəyik. Bu, həm də Vladimir Putinə çox aydın siqnaldır: biz sizə sülh üçün şans vermişik. Prezident Tramp sülhpərvərdir. Amma əgər müharibə istəyirsənsə, biz Ukraynanı silahlandıracağıq və Avropa bunun xərcini ödəyəcək. Hesab edirəm ki, bu, müharibənin sona çatması istiqamətində ciddi addımdır”, - ABŞ-nin NATO-dakı daimi nümayəndəsi deyib.

Onun sözlərinə görə, əgər Vladimir Putin Ukrayna torpaqlarında müharibəni davam etdirmək qərarına gəlsə, ABŞ Avropaya silah satacaq ki, Ukrayna özünü müdafiə edə bilsin.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin bitməsi üzrə razılığa gəlmək üçün rusiyalı həmkarı Vladimir Putinə 50 gün vaxt verdiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Uitaker   Tramp   Putin  



Xəbər lenti