Yol polisi hava ilə əlaqədar sürücülərə müraciət ünvanlayıb

Yol polisi hava ilə əlaqədar sürücülərə müraciət ünvanlayıb
  15 İyul 2025    Oxunub:933
"Hazırda ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Məlumdur ki, isti hava insanlarda əzginlik, yorğunluq hissi yaradır ki, bu da uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərdə özünü daha tez büruzə verir".
AzVision.az xəbər verir ki, bu ifadələr Baş Dövlət Yol Polisi İdarəsinin isti hava şəraiti ilə əlaqədar sürücülərə müraciətində vurğulanır:

"Baş Dövlət Yol Polisi İdarəsi belə halların sürücülərin əhval-ruhiyyəsinə, ətraf mühitə reaksiyasına mənfi təsir göstərdiyini nəzərə alaraq, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, kondisionerlə təchiz edilməyən nəqliyyat vasitələri ilə günün nisbətən sərin vaxtı yola çıxmağa, uzaq məsafələrə səfər edərkən 1-2 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyə çağırır. Unutmayaq, təhlükəsizliyimizə diqqət həyatımıza verdiyimiz dəyərdir!".

AzVision.az


Teqlər: yol-polisi   hava   müraciət  



Xəbər lenti