Kamran Əliyev üç rayona və bir şəhərə prokuror təyin edib

Kamran Əliyev üç rayona və bir şəhərə prokuror təyin edib
  15 İyul 2025    Oxunub:944
Mingəçevir və Zaqatalaya yeni prokuror təyin edilib.
Baş Prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən, baş ədliyyə müşaviri (polkovnik) Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Baş Prokurorun digər əmri ilə Mingəçevirin sabiq prokuroru Baş ədliyyə müşaviri (polkovnik) Qabil Səfərov Zaqatalaya prokuror təyin olunub.

Eyni zamanda Rəşad Bəşirov ikinci səlahiyyət müddətinə Qaxın prokuroru vəzifəsinə təyin edilib. Bundan başqa baş ədliyyə müşaviri Rəşad Məmmədov ikinci səlahiyyət müddətinə Xaçmazın prokuroru vəzifəsinə təsdiq edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti