İslandiyada vulkan püskürüb | VİDEO

İslandiyada vulkan püskürüb    | VİDEO
  16 İyul 2025    Oxunub:677
İslandiyanın Reykyanes yarımadasında vulkan püskürməyə başlayıb.
AzVision.az “RUV” tele-radio şirkətinin məlumatına istinadən xəbər verir ki, püskürmə səhər saat 03:59-da (Bakı vaxtı ilə 07:59) başlayıb. Yerli hakimiyyət mülki müdafiə qüvvələrin fəaliyyətinin həyəcan rejiminə keçdiyini elan edib. Qrindvak şəhəri daxilində püskürmə riski yoxdur.

Bundan əvvəl “Los Angeles Times” nəşri dünyanın ən aktiv sualtı vulkanlarından biri olan “Axial Seamount” vulkanının artıq bu il püskürə biləcəyini yazmışdı. Bu vulkan, demək olar ki, bir kilometr suyun altında və San-Fransiskodan təxminən 1100 km şimal-qərbdə yerləşir.

“Axial Seamount” vulkanı yalnız 1980-ci illərdə kəşf edilib və o vaxtdan bəri üç dəfə – 1998, 2011 və 2015-ci illərdə püskürüb. Fəal olmasına baxmayaraq, vulkan ABŞ-nin sahilyanı əraziləri üçün təhlükə yaratmır: o, Havaydakı və İslandiyadakı vulkanlar kimi odlu palçığı rəvan şəkildə və partlayışsız püskürür və sunami yaratmır.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: İslandiya   vulkan  



Xəbər lenti