İsrail Qəzzanın cənubunu iki hissəyə bölür | VİDEO

   İsrail Qəzzanın cənubunu iki hissəyə bölür    | VİDEO
  16 İyul 2025    Oxunub:677
İsrail ordusu Qəzza zolağının cənubundakı Xan-Yunisdə “Magen Oz” dəhlizi əməliyyatını başa çatdıraraq, faktiki olaraq, şəhəri qərb və şərq hissələrinə bölüb.
AzVision.az xəbər verir ki, Bu barədə İsrail mediası məlumat yayıb. Hərbçilərin fikrincə, bu, HƏMAS-a təzyiq göstərmək və onun “Xan-Yunis briqadası”nı məğlub etmək üçün mühüm addımdır.

“Dəhlizin uzunluğu təxminən 15 kilometrdir. Əməliyyatda bir-birinə doğru irəliləyən “Colanlar” və “Barak” briqadalarının döyüşçüləri iştirak edib. Bir neçə həftə ərzində onlarla yaraqlı, yeraltı tunellər və silah anbarları məhv edilib”, - məlumatda deyilir.


Beləliklə, indi Qəzzanın cənubu üç hissəyə bölünüb: əvvəllər yaradılmış “Moraq” dəhlizi Rəfahı Xan-Yunisdən ayırır, yeni dəhliz isə Xan-Yunisin özünü iki hissəyə bölür. İsrail ordusunun fikrincə, bu, ona yaraqlılarla daha effektiv mübarizə aparmağa və humanitar zonaları təmin etməyə imkan verir.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qəzza   İsrail   bölünmə  



Xəbər lenti