Hərbi prokuror: "Bu il qəsdən adam öldürmə cinayətləri qeydə alınmayıb"

      Hərbi prokuror:   "Bu il qəsdən adam öldürmə cinayətləri qeydə alınmayıb"
  18 İyul 2025    Oxunub:1218
2025-ci ilin birinci yarımilində qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri qeydə alınmayıb.
AzVision.az xəbər verir ki, bu sözləri Hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin birinci yarımilində qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 10,9%, qeyri-hərbi cinayətlər 2,5%, hərbi xidmət əleyhinə olan cinayətlər isə 18,6% azalıb:

"Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,2 faizi açılıb".




Teqlər:



Xəbər lenti