Ata həbsdəki oğluna narkotik vasitə gətirib

Ata həbsdəki oğluna narkotik vasitə gətirib
  18 İyul 2025    Oxunub:1325
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Bu barədə AzVision.az -a xidmətdən məlumat verilib. Bildirilib ki, həbs olunmuş şəxs İsmayıl Aqil oğlu Gülməmmədova atası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman şalvarının cibində gizlədilmiş 1 ədəd bükülüdə metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti